“İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri “28 May” metrostansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz. Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım”.

Картинки по запросу "marching"

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.

İdarə rəisinin sözlərinə görə, qanunsuz aksiyaya cəhd edən insanlar olub, onların da qarşısı polis tərəfindən qətiyyətlə alınıb: “Saxlanılanlar var, onların haqqında da tədbir görüləcək. Onlar təxribat törətmək məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları da qətiyyətlə alındı. Hesab edirəm ki, mitinq keçirmək istəyirlərsə, onlar üçün çox yaxşı, münasib yer ayrılmışdı”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının 10-dan çox fəalı 5 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib. Onların arasında AXCP sədrinin müavini, keçmiş siyasi məhbus Seymur Həzi (15 sutka), AXCP Rəyasət Heyətinin üzvləri İlham Hüseyn (60 sutka) və Fuad Qəhrəmanlı da var. Ümimiyyətlə təxminən 20 – yə yaxın fəal saxlanılıb. Buraxılanlar arasında AXCP sədri Əli Kərimli də var. O buraxılmazdan əvvəl daxili işlər nazirliyinin qospitalında müayinə olunub. AXCP lideri polis tərəfindən zorakılığa məruz qaldığını açıqlayıb.