Dünyanın ən böyük tədqiqat şirkətləri tərəfindən tanınmış   Ipsos araşdırma şirkəti tərəfindən 23 ölkədə aparılan tədqiqat Türkiyədə ən az etibarlı olan kəsimləri müəyyənləşdirmişdir.

Araşdırmada iştirak edənlər tərəfindən etibar edilən peşələr arasında ilk üç yeri alimlər, həkimlər və müəllimlər tutur və son iki yerləri dindarlar  və siyasətçilər təşkil edir.

Bu heç də təsadüfi deyil. Bir çox ekspertlərin fikrinə görə, Türkiyədə din əksər hallarda , xüsusən də seçim öncəsi siyasətə alət edilir. Son bələdiyyə seçimlərində bu özünü bariz şəkildə göstərdi. Təriqət nümayəndələri iqtidar namizədləri üçün fətva belə verməkdən çəkinmədilər.