Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayında quraşdırılan qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub.

RİA “Novosti” agentliyi xəbər verir ki, nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən son məlumata görə, bəndin dağılması nəticəsində ölənlərin sayı 11-ə satıb.

“Həlak olmuş 11 nəfərin cəsədləri aşkar edilib”, – agentliyin həmsöhbəti deyib.

Nazirliyin Baş komitəsinin informasiyasına görə, 14 nəfər itkin düşüb, 4 nəfər xəstəxanalara çatdırılıb, daha 15 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.