Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka oktyabrın 18-də Gündüz Məmmədovun Ölkə Baş prokurorunun müavini vəzifəsinə təyin edilməsi barədə əmr imzalayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Məmmədov 2016-cı ilin avqust ayından bu günə qədər Krım Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb.

Gündüz Məmmədov 1996 – cı ildə ​ Meçnikova adına Odessa Dövlət Universitetini, 2013-cü ildə isə Odessa Milli İqtisad Universitetini bitirmişdir. Hüquq elmləri namizədidir.

1996-cı ildən Odessanın ​ Primorsk ​ rayon prokurorluğundaköməkçisindən Odessa rayon prokurorunun birinci müavini vəzifələrindək çalışmışdır. 2012-ci ildən 2013-cü ilədək Kiyev Vilayət Prokurorluğunda çalışıb. 2013-cü ilin dekabr ayından 2014-cü ilin iyul ayına qədər Məmmədov Dnepr ekoloji prokurorluğunun İstintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. ​ 2014 – də ​ ​ Odessaprokuroru, bir il sonra isə, ​ Odessaviləyətprokurorununmüavini, 22 avqust 2016-cı ildə Krim prokuroru təyin edilib.

Qeyd edək ki, Gündüz Məmmədov əslən gəncəlidir.