CHP’li seçmenden İmamoğlu şikâyeti

İstanbul Böyükşəhər Bələdiyyə başqanı seçildiyi gündən iqtidarda olan AKP – li yüksək çinli məmurlar tərəfindən hər cür əngəllərlə qarşı – qarşıya gələn ​ müxalif CHP – li Əkrəm İmamoğluna növbəti zərbə hakim ailədən gəldi. Tenderə çıxarılan İstanbulun iki tarixi vağzalı Heydərpaşa və Sirkəçi hakim ailəyə aid olan özəl şirkətə verildi. İstanbul Bələdiyyəsinin tender üçün təklifi rədd edildi və 33 yaşındakı Hüseyn Avni Önderin bir neçə ay əvvəl qurduğu ​ “Hezerfan” şirkəti rəqibsiz olaraq tenderin qalibi elan edildi. Hüseyn Öndər AKP dönəmində İstanbul Bələdiyyəsində məmur olaraq​ maaş alsa da, prezident Ərdoğanın oğlu Bilal Ərdoğanın yaxın dostu və ona aid qalmaqallı “Oxçular fondunun” müdiri işləmişdi. Təxmin bir neçə ay əvvəl qurulan bir şirkət və onun dünənə qədər məmur maaşı alan İstanbulun​ simvolları sayıla biləcək iki vağzalını ələ keçirməsi ​ anormal bir hal kimi dəyərləndirilir.

Əkrəm İmamoğlu öz açıqlamasında bu işin orda bitmədiyini söyləyərək, hüquqi yollarla mübarizəni davam etdirəcəyini və bu iki tarixi vağzalların 16 milyonluq İstanbul xalqına xidmət edtməsinə çalışacağını vurğuladı.

Maraqlı detallardan biri də tenderin davam etdiyi saatlarda Türkiyənin Nəqliyyat​ naziri Cahit Turhanın Bilal Ərdoğanın təşkil etdiyi etnoqrafik tədbirdə (!) iştirak etməsi olub.