Rusiya Federasiyası ​ Xarici İşlər Nazirliyinin ​sözçüsü ​ Mariya Zaxarova ​ ​ Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və Həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal olunmuş ərazilərdə separatçı rejimin təşkil etdiyi tədbirdə iştirakı ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyindən rəsmi müraciətə də cavab verib. O qeyd edib ki, RF XİN-in saytında rəsmi Bakının xüsusi icazəsi olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun ətrafındakı yeddi rayonun ərazisinə səfər edəcək Rusiya Federasiyasının vətəndaşlarına ​ xəbərdarlıq yerləşdirilib.

Rusiya XİN-in mövqeyi dəyişməz olaraq qalır, Dağlıq Qarabağın statusuna gəlincə, bizim mövqeyimiz Minsk prosesi çərçivəsində aparılan danışıq və razılaşmalar çərçivəsindədir. Mariya Zaxarova bildirib ki, siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələrinin ​ Dağılıq Qarabağa səfəri onların şəxsi təşəbbüsüdür və dövlətin siyasətini əks etdirmir.