Картинки по запросу Rusiyada ABŞ diplomatlarının səyahət qalmaqalı

ABŞ səfirliyinin üç əməkdaşı xüsusi rejimli  əraziyə səyahət  qaydalarını pozmaqda şübhəli bilinən Severodvinsk qatarından düşürülüb. Bu barədə oktyabrın 16-da” Ren TV ” öz mənbələrinə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, hərbi dəniz attaşesi, birinci dərəcəli kapitan Uilliam Uitsitt Curtis, Cerri Arriol və hərbi attaşe, polkovnik D. S. Dunn saxlanılıblar.

Saxlanılanlar “xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiyaya daxil olma və ya qalma qaydalarının pozulması” haqda  nəzərdə tutulmuş inzibati cinayətin törədilməsində şübhəli bilinirlər. Hadisənin detalları dəqiqləşdirilir.

 Xatırladaq ki, Severodvinskdə daha əvvəl partlayış baş vermiş və nüvə sızıntısı meydana gəlmişdi. Ötən aylarda baş verən hadisə 5 nəfərin ölümü ilə nəticələnmişdi.