Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə  cavab verib. Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şura isə 28 sentyabr mitinqi kimi, bu dəfə də icazə verilən məkanla razılaşmır. Bu barədə modern.az-a danışan Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, mitinq iştirakçıları Lökbatana getməyəcək. O, qeyd edib ki, oktyabrın 19-da saat 15:00-da metronun “28 May” stansiyasının çıxışındakı meydanda mitinq keçirəcəklər.