ABŞ-da peşəkar boks turnirində​ aldığı zərbədən sonra komaya düşən​ Patrik Dey 4 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

Amerika mətbuatı xəbər verir ki, oktyabrın 13-də Çikaqoda “Vintrost Arena” da Liqanın 10-cu turuda Çarlz Konvell ilə qarşılaşıb.Bu onun son döyüşü olub.

“Mənim yeganə məqsədim qazanmaq idi. Mən heç vaxt belə olmasını istəməzdim.Yaşananları geri qaytarmaq mümkün olsaydı gərəkəni edərdim” – bu onun olduqca məyus olan rəqibi Çarlz Konvell dedikləridir.

Dünya Boks Şurasının (WBC) və Beynəlxalq Boks Federasiyasının (IBF) turnirlərində ən yaxşı onluğa daxil olan Dey karyerasında 22 matç keçirib və 17 qələbə, 4 məğlubiyyət, bir heç-heçə qazanmışdı.