Bir neçə gün ərzində İspaniyanın Barselona şəhərində  davam edən etiraz aksiyaları nəticəsində 125 nəfər xəsarət alıb. Kütləvi etirazlara səbəb İspaniya Ali Məhkəməsinin kataloniyalı separatçıların 12 liderini uzun müddətli həbs cəzasına məhkum etmək qərarı olub.

Hüquq-mühafizə orqanlarının 70-ə yaxın əməkdaşı da tibbi yardım üçün müraciət edib. Daxili İşlər Nazirliyindən 51 etirazçının saxlanılması barədə məlumat verilib.