Almaniyanın “Wolksvagen” avtomobil şirkəti ​ Türkiyənin Suriyadakı əməliyyatları fonunda Türkiyədə zavodun tikintisini ​ təxirə saldı. Bu haqda “Handelsblatt” nəşrini mənbələrə istinadən xəbər verir.

Konsern İzmir şəhərinin yaxınlığında bir neçə ay ərzində Türkiyə tərəfi ilə zavodun tikilməsi barədə danışıqlar aparırdı. Amma Türkiyənin Suriya əməliyyatına başlamasından sonra,“Wolksvagen” ​ rəhbərliyi tikintiyə başlamağa tələsmir.

“Biz vəziyyəti çox ehtiyatla izləyirik”, — deyə “Wolksvagen” nümayəndəsi nəşrə bildirib.