Rusiya və xarici saytların iddiasına görə, biznesmen, Rusiya , əsasən də Moskva və Peterburqun ərzaq layihlərinin bir nömrəli favoriti, üçüncü ölkələrə hərbi siyasi ximdətlər göstərən kompaniyaların sahibi Yevgeni​ Priqojin 10 oktyabrda Konqo Demokratik Respublikasındakı qəzaya düşən An-72 təyyarəsinin göyərtəsində ​ ola bilər.

Rusiyanın bu ölkədəki səfirliyi rəsmi Feysbuk səhifəsində Konqonun Qomo şəhərindən paytaxt Kinşasaya uçan zaman qəzaya uğrayan An-72 təyyarəsində olan 8 nəfərdən ikisinin – Vladimir Sadovniçi və Vitali Şumkovun Rusiya vətəndaşı olduğunu açıqlayıb.

Xatırladaq ki, əslən Peterburqlu olan bu biznesmenin kompaniyası haqda məhkəmələr fərdi və kollektiv qaydada 46 milyon dollarlıq minlərlə şikayətə baxmışdı. Keyfiyyətsiz qidadan müxtəlif xəstəliklər yoluxan məktəb, uşaq evi, baxçalar, hərbi hissələr şikayətçilərin əsasını təşkil edirlər. Lakin saysız hesabsız məhkəmə qərarlarına baxmayaraq, itkin düşən Priqojinin şirkətləri kimsə nəsə ödəməmişdilər.

Ayrıca Priqojinin azərbaycan əsilli politoloq Heydər Camalın oğlu Orxan Camalın qətlində əli olduğunu güman edilir.