Kimya üzrə Nobel mükafatı laureatı Tomas Lindal mutasiyaların və əlaqədar xərçəng şişlərinin əsas səbəblərinin radiasiya, günəş ultrabənövşəyi və ya xərçəngə şərait yaradan bəzi fast – food ​ qidaların​ olduğunu iddia edir. Bu barədə TASS agentliyinə bildirib.

Alim bildirib ki, ultrabənövşəyi beyin, qaraciyər və digər daxili orqanlarda şişlər yarada bilmir və şişlərin yalnız bir faizi ionlaşdırıcı radiasiya ilə bağlıdır. Görkəmli biokimyaçı hesab edir ki, onkoloji xəstəliklərin yaranması suyun parçalanması və hüceyrələrdə oksigenin aqressiv formalarının yaranması nəticəsində DNT sahələrinin zədələnməsi ilə bağlıdır.