Moskvada fəaliyyət göstərən , zaman – zaman adı qalmaqalalrda hallanan vəkil Elman Paşayev və başqa ziyalılar qəribə bir az da cəlbedici, NOSTALJİ görünən adla partiya yaratmaq qərarını açıqlayıblar. Rusca “Союз справедливых сил России”, yəni “CCCP” …
RF-də “Rusiya ədalətli qüvvələr Birliyi” (“SSRİ”) Partiyası yaradılması haqda “Elman Qrup” beynəlxalq hüquq şirkətinin vəkili Elman Paşayev bildirib.

“Həmkarlarımızla birlikdə biz yeni “Rusiyanın ədalətli qüvvələri İttifaqı”, yəni “SSRİ”partiyası yaratmaq qərarına gəldik. Bu partiya sol mərkəzçi olacaq. “İnterfaks” ın mərkəzi ofisində keçirilən mətbuat konfransında “partiyanın təsis qurultayı yaxın vaxtlarda baş tutacağını”söyləyib.

O qeyd edib ki, partiya “radikalizmlə məşğul olmaq, küçələrdə plakatlarla qaçmaq”niyyətində deyil.
Onun sözlərinə görə, o və onun silahdaşları partiyanı özləri maliyyələşdirirlər. “Heç kimdən asılı deyilik, əksinə, biz öz işimizlə vicdanlı məmurlara kömək etmək istəyirik. Biz qanuna riayət olunmasının tərəfdarıyıq”, — deyə Paşayev bildirib.
Onun silahdaşı, “PR-PRofi Group” un baş direktoru Aleksey Zolotuxin vurğulayıb ki, partiyanın vəzifəsi mövcud hakimiyyəti tənqid etmək deyil, əhalinin problemlərini həll etməkdir.