Ötən gün ölkənin bir çox informasiya saytlarında SOCAR prezidenti Rövnəq Abdullayevin işdən uzaqlaşdırlması , hətta yerinə kimin təyin edilməsi haqqında xəbərlər baş alıb getdi. Məqsədili şəkildə yayılan bu informasiyalar Rövnəq Abdullayevə olan ictimai qınaqlardan qaynaqlandığı və maraqlı olan tərəflərin buna stimul verdiyi şübhəsizdir.

Son bir neçə ayda gündəmə yalnız qalmaqallarla gələn Rövnəq Abdullayevin kreslosu bir az silkələnməsinə baxmayaraq, onun vəzifəsindən getməsi o qədər inandırıcı görünmür.