Hazırda “Rosnano” dövlət korporasiyasının rəhbəri, bir neçə dönəm  baş nazir müavini olan  Anatoli Çubaysın böyük qardaşı filosof İqor Çubays, “Yaşasın UKRAYNA” deyərək  “Komsomolskaya pravda” radiostansiyasının studiyasını tərk etdi . Bu barədə nəşrin saytında məlumat verilib.

Studiyada Çubaysla birlikdə Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri Strelkov kimi tanınan, FTB – nin keçmiş zabiti  İqor Girkin idi, Lakin o, filosofun çıxışını tamamladıqdan və tərk etməzdən əvvəl heç bir şey deyə bilmədi. Çubays ilk sözü aldı, Rusiyanı Ukraynada müharibə aparmaqda ittiham etdi və Strelkovun  Donbasdakı münaqişənin başlanmasına görə təqsirini etiraf etmədiyi təqdirdə gedəcəyini söylədi. Və cavab gözləmədən ayağa qalxaraq “Yaşasın Ukrayna” deyə qışqırd və getdi.