Demək olar ki, Trampın az qala xeyir duası ilə Suriyaya girən Türkiyəyə dəstək azalır. 

Əməliyyatların başlaması ilə Türkiyəni sərt tənqid edən ölkələrin sayı get gedə artır. Ən ağlasığmaz isə ABŞ prezidenti Trampın bir gün ərzində fikrinin dəyişməsi oldu.

Ərdoğana ən böyük xəyanət isə, yaxın günlərə qədər Türkiyənin bir nömrəli dostu hesab edilən, təxminən on gün əvvəl Ankarada Ərdoğan ilə konsertdə dostluq mesajları verən  Lindsey Grahamdan gəldi.

Graham o vaxt ABŞ – ın PYD – ni silahlandırmasına qarşı çıxaraq ABŞ Konqresindəki çıxışı zamanı  “hesab edirəm ki, bu, dünyanın ən axmaq fikidır” deyərək, Türkiyənin rəğbətini qazanmışdı.

Türkiyənin  İdlibdə yaşayan 4 milyon insanın  təhlükəsizlik qarantı olduğunu deyən senator, F-35 proqramına qayıtması, azad ticarət sazişi imzalaması üçün də ciddi çaba sərf edirdi.

Hazırda isə Graham, Tramp kimi bu vaxta qədər olan fikirlərinin tam əksini söyləyirlər. Graham bir az irəli gedərək, Tvitter hesabından “ Ərdoğan və insanlıq ayrı – aryı şeylərvdir” yazaraq skandallı paylaşım etdi.

Hazırda NATO üzvü olan Avropa ölkələrinin Türkiyə ordusunun  Suriyaya girməsini şiddət adlandırması , digər tərəfdən isə  Rusiyanın soyuq, “neytral” və anlaşılmaz münasibəti narahatçılıq doğurur.  
Neytralinfo