Polşa Respublikasının vətəndaşı, “Glob-Press” agentliyinin baş redaktoru Vlodimej Kjijanovski və Almaniya Federativ Respublikasının vətəndaşı, tanınmış Silvia Stöber Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Onlar məktublarında  Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirmişlər.

Həmçinin müraciətində onlar, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqlanını və gələcəkdə bu cür qanunsuz səfərdən çəkinəcəklərini qeyd ediblər.

Hər iki müraciət müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.