2018/04/345435_1524913284.jpg

Fransa informasiya agentliklərinin son dəqiqələrdə bildirdiyinə görə, NATO üzvü Norveç Türkiyəyə silah ixracının dayandırıldığını bəyan edib.

Türkiyənin Suriyanın şimal-şərqində sülhməramlı əməliyyatlara başlamasından sonra,  Finlandiya Türkiyəyə silah satışının dayandırılmasını elan edib. Finlandiyanın ardınca digər  NATO ölkəsi Norveç də  analoji addım atıb.

Norveçin xarici işlər nazirliyindən verilən    bəyanatından sitat gətirən agentlik xəbər verir  ki,”vəziyyətin  mürəkkəbləşdiyi və sürətlə dəyişdiyi üçün Xarici İşlər Nazirliyi ehtiyat tədbiri kimi hərbi məhsul və ya hərbi məqsədlərlə istifadə oluna biləcək məhsullarla bağlı  Türkiyənin yeni ixrac sorğularına cavab verməməyə qərar verib”.