Yaponiyaya doğru irəliləyən “Həqibis” tayfunu 61 il əvvəl ölkəni bürümüş və 1,2 mindən artıq insanın həyatını itirməsinə səbəb olan “İda” tayfunu ilə müqayisə edilir. Bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin məlumatında deyilir.

Təbii fəlakətin oktyabrın 11-də axşam Tokay və ya Kanto bölgəsinə çatması və bir gün ərzində orada qalması və daha sonra şimal-şərqdəki Tohoku bölgəsinə doğru hərəkət etməsi gözlənilir. Sinoptiklər oktyabrın 12-də və 13-də əsasən ölkənin şərqində güclü küləklər proqnozlaşdırırlar. Agentliyin məlumatına görə, Tayfun özü ilə rekord dərəcədə güclü yağışlar gətirəcək.