Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münasibətlərin normallaşdırılması üçün birtərəfli qaydada addımlar atdığını deyib. Bu barədə o, Kiyevdəki mətbuat konfransında RBK müxbirinin sualına cavab olaraq bildirib.

“Mən Rusiya Federasiyasının prezidenti Vladimir Putinə birinci olaraq zəng etmişəm, bunu etməklə mənim başımdan tacım düşməyəcək ki. Allaha şükür heç tacım da yoxdur” – deyə Ukrayna prezidenti bildirib.

“Bundan sonra hər iki tərəf müharibəyə son qoymalıdır, hər iki tərəf bu və ya digər formatda oturmaq, görüşmək, danışmağa başlamaq, müharibəni bitirmək, ritorikanı dəyişmək lazımdır. Sonra o Putinə eyham vuraraq, “bu sizin daxili münaqişənizdir, özünüz qərar verin və sair”kimi bəyənatlarla irəli getmək olmaz. İnsanlara atəş açılır, günahsız adamlar ölürlər, buna son qoymaq, atəşi, şiddəti dayandırmağın vacib olduğunu söyləyib.