venesuela6.jpg

Venesuela prezidenti Nikolas Maduro oktyabrın 21-də Azərbaycana səfər edəcək. Azərbaycan Venesueladan Bloklara Qoşulmama Hərəkatına sədrliyi qəbul edəcək.
Bununla əlaqədar oktyabrın 21-26-da Bakıda təşkilata üzv dövlətlərin başçılarının zirvə toplantısı keçiriləcək.
Xatırladaq ki, sentyabrın 25-də Nikolas Maduro ilə Rusiya prezidenti Vladimir Putin Moskvada görüşüblər. Rusiya Maduronun azsaylı müttəfiqlərindəndir. Bu yaxınlarda baş vermiş etirazlar ölkədə faktiki ikihakimiyyətlik yaradıb. ABŞ və dünyanın 50-dək ölkəsi onu qanuni lider kimi müxalifətin nümayəndəsi Xuan Quaydonu tanıyır. Venesuelanın ağır iqtisadi və siyasi böhran içində olmasına baxmayaraq, Moskva Maduroya səxavətlə kredit ayırıb.
Rusiya indiyədək Venesuelaya 4 milyard dollar sərmayə qoyub.
Rusiyanın “Interfaks” agentliyinin yaydığı xəbərə görə, Rusiya bu il Venesuelaya 600 min buğda göndərməyi planlaşdrır. Bu səfərdən bir gün öncə ABŞ prezidenti Donald Tramp BMT-dəki çıxışında Maduronu pisləyib.