“Türkiyənin Suriyadakı əməliyyatı nəticəsində əsir götürülmüş İŞİD yaraqlıları qaça bilər, Mən Ankaranın bu vəziyyəti nəzarətə götürə biləcəyinə əmin deyiləm”, – deyə rusiyalı lider Vladimir Putin bildirib.

Rusiya prezidenti Putin Türkiyənin Suriyanın şimalında sülhməramlı əməliyyatların keçirilməsi ilə bağlı bəyanatını şərh edib.

“Suriyanın şimalında İŞİD döyüşçülərinin sıxışdırıldığı rayonlar var”, – deyə Putin bildirib. Bu günə qədər kürd hərbi birləşmələri onları qoruyurdu. İndi türk ordusu bu rayona daxil oldu, kürdlər həmin düşərgələri tərk edirlər. Bunun nəticəsində onlar (İŞİD döyüşçüləri ) qaça bilərlər. Mən türk ordusunun bu vəziyyəti tezliklə öz nəzarətinə götürə biləcəyindən əmin deyiləm”.

Türkiyə ordusu Suriyada 11 kəndi terrorçulardan təmizlədi <b style="color:red"></b>