Bu gün səhər saatlarında Qırmızı dənizdə Səudiyyə sahillərindən təxminən 96 km məsafədə yerləşən İran tankerində partlayış baş verib.
Bundan sonra gəmidə yanğın başlayıb, tankerin iki əsas anbarı zədələnib, dənizə neft dağılıb. Zərərçəkənlər haqqında məlumat verilmir.
Tanker İranın Milli İran Neft Şirkətinə məxsusdur.
Telekanalın məlumatına görə, texniki ekspertlər artıq hadisənin səbəblərini araşdırırlar, versiyalardan biri kimi də terror aktının mümkünlüyünü istisna etmirlər.