Suriyada “Barış pınarı”: Ərdoğan əmr verdi, terrorçular məhv edilir - VİDEO
REAL TV Türkiyə-Suriya sərhədində - VİDEO

Türkiyə Fıratın şərqində təhlükəsiz zona yaratmaq məqsədilə əməliyyata başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan Tvitterdə belə paylaşım edib : “Bizim məqsədimiz cənub sərhədimizdə yaratmaq istəyən terror dəhlizini məhv etmək və bölgəyə sülh və əmin-amanlıq gətirməkdir.”

Türkiyənin başladığı bu əməliyyat dünyayın gündəminə oturdu.  Qısa müddət ərzində bir çox ölkələr əməliyyat haqqında bəyanat veriblər. Macarıstan, İspaniya, Şimali Kipr Türk Cumhuriyyəti və Qətər Suriyanın şimalında həyata keçirilən əməliyyatı dəstəklədiklərini bildiriblər.

ƏMƏLİYYATI DƏSTƏKLƏMƏYƏN ÖLKƏLƏR

Terror qruplarına qarşı başlanılmış  sülhyaratma əməliyyatı bir çox ölkələri narahat edirdi. Aşağıdakı ölkələr əməliyyatı dəstəkləmədiklərini söylədi:

Səudiyyə Ərəbistanı, İsveç, ABŞ, Almaniya, Fransa, Hollandiya, Misir, Kanada, Danimarka, Iran , Finlandiya.

Rusiya neytral qaldı

Rusiya sülhməramlı əməliyyatda iştirak etməyəcəyini bəyan edib. Rusiya senatoru Vladimir Cabbarov bildirib ki, Rusiya Türkiyə ilə Suriya arasında münaqişədə iştirak etməyəcək, Rusiya hərbçiləri isə başqa məqsədlə Suriyada olacaqlar.