İran hökuməti oktyabrın əvvəlində Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuziki sərbəst buraxıb.

Bu haqda məlumatı Rusiyanın İrandakı səfirliyi yayıb. Məlumatda Yuzikin İrandan Moskvaya təyyarə ilə yola salındığı bildirilib.

Картинки по запросу jurnalist Yuliya Yuzik

Xatırladaq ki, jurnalist Yuliya Yuzik oktyabrın 2-də Tehranda saxlanılıb. İran tərəfi onu İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilib. Rusiya xarici işlər nazirliyi İran səfirini çağıraraq, jurnalisiti azad etməyi tələb etmişdi.