Ədəbiyyat üzrə Nobel mükafatlarını Polşa və Avstriyadan olan yazıçılar aldılar

2018 — ci il üçün Nobel mükafatı laureatı Polşa yazıçısı və şairəsi ​ Olqa Tokarçuk, 2019-cu il üçün mükafatın laureatıavstriyalı yazıçı və dramaturq Peter Handke oldu.

İsveç Elmlər Akademiyasının qərarına əsasən, Handke 2019-cu il ədəbiyyatı üzrə “dil ixtiraçılığı ilə insan təcrübəsinin periferiyasını və spesifikasını tədqiq edən nüfuzlu əsərlərə görə” Nobel mükafatına layiq görülüb.

Nobel Komitəsinin məlumatında deyilir ki, son 50 ildə müxtəlif janrlarda çoxsaylı əsərlər yazan Handke özünü müharibədən sonrakı Avropanın ən nüfuzlu yazıçılarından biri kimi tanıtmışdır.