Ekvadorda ümumi nəqliyyat işçilərinin tətili kimi başlamış proseslər artıq rejim əleyhinə kəskin etiraz və iğtişaşlara çevrilib.
Oktyabrın 3-də hökumət yanacaq subsidiyalarını ləğv etdilməsi nəticəsində etirazçılara fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq, əhalinin böyük dəstəyi davam edir.
Hökumətin mənzil-qərargahını paytaxt Kitodan ölkənin cənub-qərbindəki Quayakuil liman şəhərinə köçürmək qərarına gələn prezident Lenin Moreno fövqəladə vəziyyət haqqında fərmana uyğun olaraq regional komendant saatı və səfər qadağasını tətbiq etdi.