Son illərdə Qərb dəfələrlə Rusiyanı səs – küylü cinayətlərdə əli olduğunu bildirib  ittiham edib. Moskvanın buna aidiyyətinin olduğuna dair birbaşa sübutlar verilməsə də, Qərb ölkələrinin ümumi fikri dəyişməyib. Keçmiş FTB polkovnikı Sergey  Skripal və qızı Yuliyanın Britaniyada zəhərlənməsi, bu tarixdən bir il əvvəl   bolqar iş adamını , silah alverçisi Emilian Qrebevin də eyni üsulla öldürülməsi bu qəbildən olan ittihamlardan.

Nəhayət, 2016-da Monteneqroda uğursuz dövlət çevrilişi də “Nyu York Tayms”- nin iddiasına görə, bu Moskvanın işidir. Nəşr mənbələrinin fikrincə, bütün bu epizodlar bir-biri ilə bağlıdır və artıq 10 ildən çoxdur Rusiyanın Baş Kəşfiyyat İdarəsinin elit xüsusi təyinatlı dəstəsi tərəfindən həyata keçirilən “Avropanın destabilizasiya üzrə əlaqələndirilmiş kompaniaysı” in bir hissəsidir. Qərb xüsusi xidmət orqanları onun fəallığını yalnız son illərdə hiss etməyə başlayıblar.

Nəşr, 29155 nömrəli qrupun bazasının Moskvanın şərqində  olduğunu iddia edir. Onun üzvləri arasında Əfqanıstan, Çeçenistan və Ukraynada fəaliyyəti olan  müharibə veteranları var. Onların fəaliyyəti ciddi sirr altındadır, belə ki, hətta GRU-nun digər agentləri onlar haqqında heç bir şey bilmirlər. 29155 işçiləri arasında Londonun Skripalların zəhərlənməsində ittiham etdiyi iki rusiyalı daxildir.  Aleksandr Petrov və Ruslan Bəşirovu, britaniyalılar əslində GRU agentləri  Anatoli Chapiga və Aleksandr Mişkin  hesab edirlər. Nyu – York – Tayms – ın  iki qaynağı Petrov və Boshirovun Gebrevin  zəhərlənməsində də iştirak etdiyini iddia edir.