Qalmaqallı “maşın şou”u atasının təkidi ilə tərk edən xalq artisti Bilal Əliyev atası ilə Salyanda çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq “Atam da, mən də sizləri salamlayırıq. Deyirəm, ata, dedin, gəldim. Niyə məni çağırdın? Qayıtdı ki, rəngin xoşuma gəlmədi, qorxdum, sənə bir şey olar. Maşın gəldi-gedərdi, ancaq oğlumu tapa bilmərəm. Oğul, səni bu vətən üçün böyütmüşəm, bir maşına qurban vermək üçün yox. Atam deyir ki, sən orada kimdənsə səs istəyirsən, Allah sənə səslərin ən mükəmməlini verib. Başqa heç bir səs sənə gərək deyil. Mən də atama heç nə demədim, qucaqlayıb üzündən, əlindən öpdüm”,- şərhini yazıb.