Kiyevdə etirazlar davam edir, bu gün həlledici ola bilər

Kiyevdə “kapitulyasiyanı dayandıraq” şüarı altında 10 min nəfərə yaxın insan Müstəqillik meydanına ( Maydan) çıxıb. Hüquq-mühafizə orqanları ciddi pozuntular qeydə almayıb, aksiya əvvəlcədən bir neçə ərizə üzrə razılaşdırılıb. Ölkənin digər böyük şəhərlərində də analoji mitinqlər keçirilib.
Kapitulyasiya dedikdə, etirazçılar oktyabrın 1 — də üçtərəfli əlaqə qrupunun üzvləri tərəfindən Donbassda vəziyyətin dinc yolla nizamlanmasına dair təkliflər paketi olan “Ştaynmayer formulu” nı nəzərdə tuturlar.
Ştaynmayer formulu, Ukraynananın işğal olunmuş ərazilərin xüsusi statusu haqqında bir qanunun qüvvəyə minməsini nəzərdə tutur.

Bu formula hazırda Almaniyanın keçmiş xarici işlər naziri və hazırkı prezidenti Frank-Valter Ştaynmayer tərəfindən hazırlanmışdır. O, Kiyevin nəzarətində olmayan Donbas və Luqanska Ukrayna qanunlarına əsasən keçiriləcək seçkilər üçün müvəqqəti xüsusi status verilməsini təklif edirdi.

ATƏT – in bu seçkiləri ədalətli və azad hesab etdiyi təqdirdə, xüsusi status haqqında qanun qüvvəyə minməli və davamlı olaraq fəaliyyət göstərməlidir. Güman edilirdi ki, bu, Minsk razılaşmalarının icrasını və Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə qaldırılmasını da sürətləndirm bilər.Bu fikir ilk dəfə 2015-ci ildə yenidən müzakirə edildi, lakin heç vaxt hər iki tərəf üçün vahid sənəd formatında çərçivəyə salınmadı. Buna görə də, tərəflər bunu fərqli şərh etdilər – və indiyə qədər sövdələşmə baş tutmayıb.