Rusiyanın ixtiyarında olan döyüş maşınları parkı, NATO — nun üzvü olan ölkələrdəkindən bir neçə min üstündür. Nəşrin məlumatına görə, Rusiyanın 22 minə yaxın tankı var, halbuki NATO-ya daxil olan Avropa ölkələrində bu göstərici təxminən 11 min tank təşkil edir.

ABŞ və Kanada ilə birlikdə alyansın arsenalında 18 min tank var. Bir müddət əvvəl isə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin  sədri general Cozef Danford,   son illər NATO-nun Rusiya qarşısında bəzi sahələrdə hərbi üstünlüyünü itirdiyini   etiraf edib.