ABŞ – ın Türkiyə səfirliyinin Twitter hesabı, haqqında həbs qərarı olan xaricdə sığınan Ergun Babahan’ın MHP lideri Devlet Baxçalı ilə bağlı “ Baxçalısız Türkiyədə yeni siyasət dönəminə hazır olun” tvitini bəyəndiyi üçün MHP və ittifaqda olduğu hakim partiya rəsmilərindən sərt təpkilər aldı. Bunun ardından isə, səfirlik bunun bir yanlışlıq olduğunu bildirərək , bir üzrxahlıq mesajı yayınladı.

Türkiyə xarici işlər nazirliyi bununla kifayətlənməyərək, səfirliyin rəsmisini dəvət edərək, izahat istədi.

Xatırladak ki, 71 yaşlı MHP lideri bir neçə gün xəstəxanada müalicə almışdı.