İran hökuməti ilə sıx əməkdaşlıq edən hakerlər 2016 – cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyə cəhd göstəriblər. Bu barədə nüfuzlu xəbər agentliyi Röyter – in müxbirləri öz məlumatlı mənbələrinə istinadən məlumat veriblər.

Nəşrin söhbət etdiyi mənbələr  iddia edirlər ki, hakerlər ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyası ilə əlaqəli hesablara hücum ediblər. Lakin bu kiberhücumlar  uğursuz olub.