Rus teleaparıcı, ermənilərə hər fürsətdə rəğbətini gizlətməyən Vladimir Solovyov sosial şəbəkədə bir tatarın ona yazdığı mesaja cavab olaraq , tatarların terrora meylli olduğunu iddia etdi və onların İŞID təşkilatı ilə əlaqələrinin yoxlanmasının vacib olduğunu qeyd etdi.
Tatarıstanda böyük hiddətə səbəb olan bu hərəkət cavabsız qalmadı. Rəsmi Kazan bundan təəssüfləndiyini bildirdi, sosial şəbəkələrdə isə teleaparıcını biabır etdilər.
Vladimir Solovyovun yaltaq saray jurnalisiti olmaqdan savayı, milyonlarla dollar dəyərində daşınmaz əmlakı olan İtaliyaya rədd olub getməsini tələb etdilər. Müzakirəyə qoşulan ruslar belə onun təqdimatında olan Putin Rusiyasının hətta putinçı insanlarda ikrah doğurduğunu vurğuladılar.