İraqda çərşənbə axşamı günündən bəri baş verən etirazlar nəticəsində ölənlərin sayı 65 nəfərə, yaralıların sayı isə 2000 – ə  çatdı. Sky News Arabia bunu  yerli təhlükəsizlik qüvvələrindəki və həkimlər arasındakı mənbələrə istinadən xəbər verir.

Etirazlar çərşənbə axşamı Bağdadda başladı, çərşənbə gününə qədər onlar yalnız paytaxtı deyil, həm də bir neçə əyaləti əhatə etdi. Nümayişçilər hökumətin istefasını, eləcə də yaşayış şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarı sahəsindəki problemlərin həllini və korrupsiyaya qarşı mübarizəni tələb edirlər.

Hökümət Bağdadda və ölkənin mərkəzində və cənubundakı bir sıra digər bölgələrdə çərşənbə günündən cümə gününə qədər interneti tamamilə bağladılar. Cümə axşamı günü Bağdadda tətbiq olunan komendant saatı axşam saatlarında Nəcəf, Maysan, Zi-Kar, Babil və Vasit əyalətlərini də əhatə etdi.  Lakin etirazlar dayanmadı.