Azərbaycan atom elektrik stansiyası (AES) tikmək məsələsini araşdıracaq. “Rosatom” şirkəti Bakıya nüvə elektrik stansiyası tikməyi təklif etməyə hazırdır. Şirkətinin rəhbəri Aleksey Lixaçov Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin Valday Forumundakı görüşündən sonra jurnalistlərə açıqlamasında belə deyib.
Lixaçov qeyd edib ki, əvvəllər Azərbaycanda atom elektrik stansiyasının inşası ilə bağlı planlar mövcud idi və stansiyanın təməli Bakı yaxınlığında yerləşən ərazidə qoyulmuşdur. Cümə axşamı günü Rusiya və Azərbaycan prezidentlərinin görüşü çərçivəsində Putin Əliyevi nüvə stansiyası tikmək məsələsinə qayıtmağa dəvət etdi. Azərbaycan rəhbəri bu məsələni araşdıracağına söz verdi.