ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya “sanksiya razılaşması” təklif etməyi düşünür. Hər halda, Time jurnalının ABŞ-ın iki yüksək vəzifəli məmuruna istinadən yaydığı iddia budur. Mənbələrə görə, ağ evin başçısı Yongbyonda yerləşən ən böyük nüvə obyektinin sökülməsi qarşılığında KXDR-ə tekstil və kömür ixracı ilə əlaqədar BMT sanksiyalarının təxirə salınmasına kömək edəcəyini vəd edir.