Xəbər verdiyimiz kimi bu ilin sentyabrında hakim Ədalət və kalkınma partiyasının İstanbul millət vəkili Şirin Ünalın evində xidmətçi kimi çalışan Özbəkistan vətəndaşı 23 yaşlı Nadirə Kadirova generalın tapançası ilə intihar etmişdi.

İntihardan öncə o rəfiqəsi Leylanı arayaraq “ Çox pis şeylər oldu. Bundan sonra mən qardaşımın üzünə necə baxa biləcəm” deyən Nadirənin ölümündə hər gün yeni detallar, ittihamlar üzə çıxır.

Özbəkistanın tibbi – məhkəmə ekspertlərinin  ürəyə iki dəfə atəş edilməsi haqda fikri intihar olayında yeni gəlişmələrə səbəb olub.

Nadirə Kadirovanın haqlarını müdafiə edən türk hüquq müdafiəçiləri prokurorluqdan işin ədalət prinsipləri əsasında aparılmasını tələb edərək cinsi təcavüz versiyası üzrə dindirilmə başlamasını istəyirlər.

Xatirladak ki, olayın baş verdiyi evin sahibi və Nadirovanın ölümündən əvvəl ölümünə baiskar kimi göstərdiyi əsas fiqur olan milliət vəkili Şirin Ünal bu prosesdən uzaq tutulur. Bu günə qədər olayla bağlı heç bir açıqlama verməyən millət vəkili haqda şübhələr hər keçən gün artır.