Картинки по запросу эрдоган

Hədəfində 2023 – ci ildə yenidən Türkiyənin prezidenti seçilmək olduğunu gizlətməyən indiki prezident və ətrafı ciddi şəkildə bunu necə bacara bilmənin arayışındadırlar. Bələdiyyə sekilərində İstanbul, İzmir və Ankara kimi şəhərləri ana müxalifətə “təslim edən” Ədalət və İnkişaf partiyası 2023 – cü ildə keçiriləcək prezident seçkiləri üçün 40+1 yəni 40 faizinin üzərində səs toplayanın qalib elan edilməsi təklifini irəli sürdülər. Bunun cəmiyyət və müxalifətin böyük təpkisi ilə qarşılandığını görən prezident geri addım atmağa məcbur oldu. O bunun partiyasının qurucularından biri olan keçmiş nazir və hazırkı millət vəkili Fərrux Çəliyin şəxsi qənaəti olduğunu ifadə etdi.