Azərbaycan millisinin səfərdə Bəhreynlə yoldaşlıq, Macarıstanla isə AVRO-2020-nin seçmə qrup oyunu üçün heyəti açıqlanıb.
AFFA-nın saytında dərc olunan məlumata görə , baş məşqçi Nikola Yurçeviç aşağıdakı futbolçuları çağırıb.
Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)
Müdafiəçilər: Şəhriyar Əliyev (“Sumqayıt”), Ömər Buludov (“Neftçi”), Abbas Hüseynov (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə (“Sabah”), Bəhlul Mustafazadə (“Sabah”)
Yarımmüdafiəçilər: Qara Qarayev (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Eddi İsrafilov (“Albasete”, İspaniya), Cavid Hüseynov (“Zirə”), Rəşad Eyubov (“Sabah”)
Hücumçular: Mahir Emreli (“Qarabağ”), Araz Abdullayev (“Qarabağ”), Ramil Şeydayev (“Dinamo” Moskva, Rusiya), Rüfət Dadaşov (“Proyssen Münster”, Almaniya), Renat Dadaşov (“Pakuş de Fereyra”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”)