Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi General Məmişov Niyazla olan konfliktdən sonra 13 il yarım həbs edilən və hazırda Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan Hüseynov Zaur Zahir oğlu 2019-ci ilin oktyabrın 1-dən ölüm aclığına başlayıb.
Etirazı barəsində tərtib edilmiş saxta,qondarma cinayət işinə xitam verilməsidir.
Zaur Hüseynov və onunla birlikdə həbs olunan Yüzbəyov Emil Ənvər oğlu və Yüzbəyov Əlisultan Vaqif oğlu CM-nin 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11, 182.3.1, 182.3.2, 273-2-ci maddələri ilə təqsirli bilinsələr də onların günahı sübuta yetirilməyib. Lakin Zaur Hüseynov 13.5 il, Emil Yüzbəyov 10.5 il, Əlsultan Yüzbəyov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Sadəcə iç icraçısı işləyən Zaur Hüseynov Məmişov Niyazdan borcunu istəyib. Baş Prokurorun şöbə rəisi isə borcu verməkdən imtina edib. Zaurun telefonlarına cavab vermədiyinə görə Hüseynov Zaur tanışları Əlsultan və Emil Yüzbəyovun adına olan telefonlardan zəng edərək borcunu tələb edib. Niyaz Məmişov həmin zəngləri hədə-qorxu ilə pul tələb etmə, ölümə cəhd kimi dəyərləndirib 3 gənci həbsə atdırıb.
İstintaq və məhkəmədə heç bir etiraz və şikayət qəbul edilməyib.
Bu barədə Hüseynov Zaurun həyat yoldaşı 3 uşaq anası Hüseynova Səyidə Gülbala qızı məlumat verib.