Güney Azərbaycan siyasi fəalı Abas Lisani barəsində 8 illik həbs hökmü 15 ilə qaldırılıb. Onun cəzası Ərdəbil Appelyasiya Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla artırılıb. Bu barədə məlumatı İran mənbələri yayılıb.

A.Lisani ilkin instansiya məhkəməsində 8 il həbs, iki il sürgün cəzasına məhkum edilmiş və bir sıra ittihamlardan bəraət almışdı. Hazırda o, Ərdəbil həbsxanasında saxlanılır.

Appelyasiya Məhkəməsinin qərarına əsasən, əvvəlki iki il həbs cəzası qüvvədə saxlanılıb, ilkin instansiya məhkəməsi tərəfindən bəraət aldığı 5 il həbs cəzası da yeni ittihamlara əlavə edilib.