Bakı Hərbi Məhkəməsində sabiq deputat, Quska ləqəbli Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər Namiq Balayev 4 il, Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Картинки по запросу Hüseyn Abdullayevə 6 il həbs cəzası verildi

Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İntiqam Süleymanov şərti azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Ev dustaqlığında olan digər təqsirləndirilənlərə də şərti cəza verilib.

Qeyd edək ki, prokuror çıxışında Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Картинки по запросу Hüseyn Abdullayevə 6 il həbs cəzası verildi

Dövlət ittihamçısı, həmçinin digər təqsirləndirilənlət, keçmiş DSX əməkdaşlarına 4 il sınaq müddəti olmaqla şərti cəza, H.Abdullayevin anası Zeynəb Abdullayevanın isə 5 min manat cərimələnməsini istəmişdi.