Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prosesin başlandığını elan edərək – “ Mən bizim altı komitəyə xüsusi təhqiqatlarını başlamaq üçün göstəriş verdim” dedi. O bunu televiziya ilə müracitində yaydı.

D. Tramp buna münasibəti isə daha kəskindir, o bunu dövlət çevrilişi hesab edir – “ Hər gün keçdikcə mən bir daha əmin oluram ki, impiçment təhqiqatı adı altında qanuni seçilmiş prezidentin hakimiyyətdən uzaqlaşdırılması prosesinə start verilib”.

Картинки по запросу ABŞ prezidenti D.Trampa qarşı impiçment prosesi rəsmən başladı

Xatırladaq ki, sentyabrın 20-də Amerika kəşfiyyatçılarından birinin Trump-ın Ukrayna prezidenti ilə söhbətindən “narahat olduğu” bildirildi. Amerika lideri, Ukraynaya yalnız Zelenskinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində Trampın əsas rəqibi olan Jozef Baydenə qarşı ittiham xarakterli dəlil qazanmasına kömək edəcəyi təqdirdə 250 milyon dollar yardım göndərəcəyini vəd etmişdi.

ABŞ qanunlarına zidd olan bu danışığın ictimaiyyətə duyurulması ilə impiçment məsələsi gündəmə gəlmişdi.