Dünən Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan “Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib.

Картинки по запросу Müğənni Fədayə Laçın bu ay azadlığa buraxılacaq

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilmişdi.

“Qoca” ləqəbli Etibar Məmmədov isə keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərərək, hüquq – mühafizə orqanları tərəfindən məhv edilib.

Xatırladaq ki, F. Laçın 2017-ci il oktyabrın 23 -da həbs olunmuşdu.