Türkiyənin məhşur rok sənətçisi Haluk Levent süd vəzi xərçəngi xəstəsi olan gənc azərbaycanlı qadın üçün Tvitter hesabından mesaj paylaşdı. On minlərə bəyəni toplayan mesajda o Azərbaycan məmurlarına səslənir.

S. Nadirovanın türk vətəndaşı olmadığına görə pulsuz əməliyyat etmirlər. Müğənni yetkililərdən onun Azərbaycanda xeyriyyə konsertini təşkil etməyi xahiş edir. Buradan əldə olunan gəlirlə gənc qadınıın həyata dönməsi üçün xərclənəcək. Bu nəcib təşəbbüs Haluk Levent üçün ilk deyil. O tez – tez bu cür fədakar addımlar atır. Ən son olaraq mart ayında ilik nəqli gözləyən uşaqlara yardım üçün izdihamlı bir xeyriyyə konserti vermişdi.