Sentyabrın 30-da dövlət başçısı İlham Əliyev ilə Fransa Senatı nümayəndə heyətinin görüşündə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələləri mzakirə edilib.

Картинки по запросу ильхам алиев и депутаты франции

Dövlət başçısının saytındakı məlumata görə, İ.Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyib, yüksək səviyyədə qarşılıqlı səfərlərə, müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduğunu bildirib.

Senatın Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Yuper deyib ki, ikitərəfli əlaqələrin inkişafı qarşılıqlı anlaşma məsələsində böyük əhəmiyyət daşıyır. Bu, əsasən mədəniyyət sahəsində mübadiləyə, elm, tibb və təhsil sahələrində əməkdaşlığa aiddir.

Картинки по запросу ильхам алиев и депутаты франции
Похожее изображение

Tərəflər həmin sahələr üzrə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.