Картинки по запросу каспи лицей
Картинки по запросу каспи лицей

Bakı Ağır Cinayətlər Məhkəməsində “Kaspi Liseyi” ümumtəhsil məktəbi MMC-də 564 min manatın mənimsənilməsi üzrə növbəti iclas keçirilib. Prosesə Azər Paşayev sədrlik edib.

İş üzrə müttəhimlər liseyin keçmiş mühasibləri Tural Məmmədov və Fərahim Möhbalıyevdir. Onlar CM-in 179.4-cü maddəsi (külli miqdarda mənimsəmə) ilə ittiham olunurlar.

İclasda hər iki müttəhimin vəkilləri liseyin təsisçisi, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın məhkəməyə çağırılması və dindirilməsi barədə vəsatət qaldırıb.

Картинки по запросу каспи лицей
Картинки по запросу каспи лицей

Həmçinin müdafiə tərəfi S.Vəliyevanın mühasiblərdən aldığı pullarla bağlı qeydiyyat apardığı dəftərin alınıb araşdırılması, iş üzrə rəy vermiş ekspertin dindirilməsi, təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırıb.

Vəkillər qeyd ediblər ki, audit zamanı təqsirləndirilən şəxslərin iştirakı təmin olunmayıb.

Картинки по запросу каспи лицей

Vəkil Adəm Məmmədov diqqəti ona yönəldib ki, müttəhimlər ifadə veriblər ki, şagirdlərin təhsili üçün valideynlərdən aldıqları pulu S. Vəliyevaya veriblər. Amma onların arasında üzləşmə olmayıb.

Məhkəmə zamanı mənimsəməni araşdıran komissiyanın qərəzli olduğu məlum olub. Belə ki, onun üzvlərindən biri – Ehtiram Kərimov S.Vəliyevanın təsisçisi olduğu “Xətai Estetik Klinikası”nın direktorudr.

Komissiyanın digər üzvləri də S.Vəliyevanın işçiləri olublar, halbuki, bildirilib ki, guya onlar kənardan dəvət edilib.

Картинки по запросу каспи лицей

Bundan əlavə, liseyin hesabından Ehtiram Kərimov və Gülnarə Kərimovanın bank hesablarına hüquq xidmət haqqı olaraq 31800 manat pul köçürülüb. Lakin göstərilən vəsait məbləğə daxil edilməyib, guya onu mənimsəyiblər. Ona görə vəkillər Ehtiram Kərimovun da məhkəmədə dindirilməsini istəyir. Lakin məhkəmə vəsatəti təmin etməyib və bu, müttəhimlərin etirazına səbəb olub.

“Birdəfəlik hökmü oxuyun, qurtarıb getsin, daha bizi boş-boş bura niyə gətirirsiniz? Onsuz da heç bir araşdırma aparmırsınız”, – Tural Məmmədov bildirib.

F. Möhbalıyev isə məhkəməni sifariş yerinə yetirməkdə günahlandırıb. “Özümü doğrayacam və günahkar da ilk növbədə siz olacaqsınız. Çünki siz işə düzgün baxmadınız. Belə ədalətsizlik olmaz axı”, – o vurğulayıb.

Картинки по запросу каспи лицей

Prokuror məhkəmə istintaqının yekunlaşmasını təklif edib. Vəkillər razılaşmayıblar. Məhkəmə oktyabrın 2-də davam edəcək.

* İttihamda qeyd edilib ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq baş mühasib və mühasib vəsaitin 564 minini sistemə daxil etməyərək mənimsəyiblər.

Baş mühasib T.Məmmədov özünü qismən təqsirli bilərək deyib ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi 564 min manat deyil, 350 min manatdır. Onun sözlərinə görə, təsisçi S.Vəliyeva ona təklif edib ki, bütün məbləği götürdüyünü boynuna alsa, polisə şikayət etməyəcək.

Картинки по запросу каспи лицей
Картинки по запросу каспи лицей

“Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün 1 il möhlət verməsini xahiş etdim”, – T.Məmmədov məhkəmədə deyib.

F.Möhbalıyev özünü təqsirli saymayıb. ( Turan İnformasiya Agentliyi)