Картинки по запросу Britaniya məhkəməsi Zamirə Hacıyevanı Azərbaycana verməyib

Britaniya məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanı Azərbaycana ekstradisiya etməkdən imtina edib.

“Azadlıq” radiosunun məlumatına görə, London məhkəməsi Z.Hacıyevanı Azərbaycan hakimiyyətinə təhvil verməkdən imtina edib. Azərbaycan hakimiyyəti onun ekstradisiyasına israr edir, çünki hüquq- mühafizə orqanları Z.Hacıyevanı və onun həyat yoldaşını külli miqdarda pul mənimsəməkdə ittiham edirlər.

Картинки по запросу Britaniya məhkəməsi Zamirə Hacıyevanı Azərbaycana verməyib

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin barəsində hökm 2016-cı ilin oktyabrında çıxarılıb. O, bankın 211 milyon manatdan çox vəsaitini (həmin dövrün məzənnəsi ilə 138 milyon ABŞ dollarına yaxın) mənimsəməkdə təqsirli bilinib və 15 il azadlıqdan məhrum edilib. Daha üç müttəhim real cəza alıb, dörd nəfər şərti mühakimə edilib. Sentyabrın 5-də Bakı məhkəməsi Cahangir Hacıyevi yeni iş üzrə təqsirli bilərək cəzasını 16,5 ilədək artırıb.

Картинки по запросу Britaniya məhkəməsi Zamirə Hacıyevanı Azərbaycana verməyib
Картинки по запросу Britaniya məhkəməsi Zamirə Hacıyevanı Azərbaycana verməyib

Məhkəmə Azərbaycanda Z.Hacıyevaya qarşı qaldırılmış işin “siyasi motivli” olması barədə onun vəkillərinin iddialarını qəbul etməyib və bildirib ki, 2010-cu ildən Londonda yaşayan Z.Hacıyeva pulların yuyulması və mənimsənilməsi sxemində iştirak edə bilərdi.